İtaliyanın "Roma" klubu istefaya göndərmək istədiyi baş məşqçisi Joze Mourijnyonun əvəzəyicisini tapıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümün sonunda Mourinyo ilə yolları ayırıb, onun yerinə Antonio Konteni gətirmək istəyir.
Konte hazırda "Tottenhem"i çalışdırır. London klubu da öz baş məşqçisindən narazıdır və yayda onu istefaya göndərmək niyyətindədir.
Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır.