"Roma" çoxdan gözlənilən transferi bəyan edib.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Stefan Əl-Şaaravi bundan sonra sabiq komandasının uğurları üçün tər tökəcək. Paytaxt təmsilçisi 28 yaşlı futbolçunu azad agent kimi heyətinə qatıb. Əl-Şaravi "canavarlar"ın heyətində illik 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, İtaliya millisində 28 oyun keçirmiş vinger 2019-cu ildə 18 milyon avro qarşılığında "Roma"dan "Şanxay Şenxua"ya keçmişdi.