Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Viktor Kovalenko "Atalanta" ilə ilkin anlaşma imzalayıb.
Offsideplus.az xəbər verir ki, ilkin razılaşma əldə edən Kovalenko yanvar ayından etibarən "Atalanta" formasını geyinəcək. İtaliya təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün 10 milyon avro ödəniş edib.
Kovalenko və klub arasında baş tutan bu razılaşma digər İtaliya klublarının oyunçunu transfer istəklərinin üstündən xətt çəkib.