“Yuventus” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın argentinalı futbolçusu Paulo Dibala zədələnib.
A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.