“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Yuventus”a 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, portuqal mütəxəssis azarkeşlərin təhqirlərinə də cavab verib:

“90 dəqiqə ərzində təhqir olundum. Bura işimi görməyə gəldim, başqa bir şey üçün deyil. Kimisə üzmədim, sadəcə, daha yüksək səslə eşitmək istədiyimi göstərdim. “Sizi eşidə bilmirəm” dedim, sadəcə, bu qədər. Bunu etməməliydim. Bəlkə də, sakit başla fikirləşsəydim, bunu etməzdim, ailəmə və “İnter”ə edilən təhqirlərə belə reaksiya verdim. Bundan daha yaxşısı ola bilməzdi, ən üst səviyyəmizdə, möhtəşəm bir oyun göstərdik. Qalib gəlməyi bacardıq, çünki keyfiyyətli bir oyun ortaya qoyduq. Zəfəri son dəqiqəyə qədər axtardıq”.

55 yaşlı mütəxəssis oyunun son 5 dəqiqəsində tribunalara “səsinizi eşidə bilmirəm” işarəsi göstərib. “Qoca sinyora”nın futbolçuları Leonardo Bonuççi və Paulo Dibala portuqaliyalı baş məşqçiyə sərt reaksiya göstəriblər, onun içəri getməsini istəyiblər.

Mourinyo 2008-2010-cu illərdə İtaliyada “İnter”i çalışdırıb.