Futbol üzrə Çempionlar Liqasının 4-cü tur matçında "İnter" öz meydanında "Barselona" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, matçda hər iki qol ikinci hissənin sonlarından vurulub. Oyunun 83-cü dəqiqədə Malkom "İnter"in qapıçısını məyus edərək hesabı açıb. Lakin 87-ci dəqiqədə Mauro İkardi ev sahiblərini məğlubiyyətdən xilas edib. "Barselona" bu nəticə sayəsində turnirin 1/8 final mərhələsində iştirakı özünə təmin etmiş ilk komanda olub. Kataloniya klubu 17-ci dəfə ardıcıl olaraq ÇL-in qrup mərhələsini uğurla adlamağı bacarıb.
"Barselona" hazırda aktivində 10 xalla "B" qrupuna liderlik edir. "İnter" 7 xalla ikinci, "Tottenhem" (4) üçüncü, PSV (1) isə sonuncudur.