Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi.
Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, 3-cü turun oyunlarından sonra bu ada Roma-nın bosniya və herseqovinalı hücumçusu Edin Dzeko layiq görülüb. Dzeko azarkeşlərin səsverməsinə əsasən, Məhəmməd Salah (Liverpool, İngiltərə), David Silva (Manchester City, İngiltərə) və Aşraf Hakimini (Borussia Dortmund, Almaniya) geridə qoyub.
Dzeko Çempionlar Liqasının 3-cü turunda İtaliyada CSKA-nı (Moskva) 3:0 hesabı ilə məğlub etdikləri oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.