Çempionlar Liqasının qrup mərhələsinin III turunda Dortmund Borussia-sına 0:4 hesabı ilə uduzan Atletico antirekordla üzləşib.
Offsideplus.az xəbər verir ki, Madrid klubu indiki baş məşqçisi Dieqo Simenenin rəhbərliyi altında ən ağır məğlubiyyətini alıb.
Belə ki, 2011-ci ildən İspaniya klubunun “sükanı arxası”na keçən argentinalı indiyədək belə darmadağına üzülməmişdi. 48 yaşlı mütəxəssis “Atletiko”nu ümumilikdə 391 oyuna çıxarıb. Əvvəlki 390 görüşdə paytaxt klubu 3 topdan artıq fərqlə uduzmamışdı.
Qeyd edək ki, Atletico Simeonenin rəhbərliyi altında ölkə çempionatı, kuboku və Superkubokunun hərəsində 1, Avropa Liqasında 2 dəfə qalib olub. (matc.az)