UEFA Çempionlar Liqasının cari mövsümünün finalı tarixi hadisəyə çevrilə bilər.

Offsideplus.az xəbər verir ki, həlledici görüşdə ilk dəfə "Real" və "Barselona"nın üz-üzə gəlməsi mümkündür.

Bu gün keçirilən püşkatma mərasimində fərqli səbətlərdə yer alan komandaların yollarının yalnız finalda kəsişə bilməsi məlum olub.

Belə ki, "Real"ın 1/8 finaldakı rəqibi Madridin digər təmsilçisi "Atletiko"dur. Növbəti potensial rəqiblər arasında "Arsenal", "Liverpul" və PSJ kimi nəhəng komandalar yer alır. 

"Barselona" isə "Benfika"nı keçəcəyi təqdirdə, 1/4 finalda "Borussiya" (Dortmund) - "Lill" cütünün qalibi ilə üz-üzə gələcək. Yarımfinalda kataloniyalıların rəqibi "Bavariya", "Bayer", "Feyenoord" və "İnter" klublarından biri ola bilər.

Artıq "Barselona"nın baş məşqçisi Hansi Flik ÇL-in finalında "El-Klassiko"nun ola bilmə variiantına münasibətini bildirib: "1/8 finalda asan rəqib yoxdur. Hamını çətin oyunlar gözləyir. Finalda "Barsa" "Real"la qarşılaşa bilər? Öncə biz finala vəsiqə qazanmalıyıq. Məqsədimiz budur. Amma hər şeydən əvvəl 1/8 finalda yaxşı təsir bağışlayan "Benfika"nı üstələməliyik"