Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu açıqlanıb.

 Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunun nəticəsində həftənin ən yaxşısı Barcelona-nın kapitanı Lionel Messi olub. O, Paulo Dibala (Juventus), Neymar (PSG) və Edin Dzekonu (Roma) qabaqlayıb.
Argentinalı hücumçu Tottenham-i 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub. O, ilk turun da ən yaxşısı seçilmişdi.