Futbol üzrə Çempionlar Liqasında 8000-ci qol qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, yubiley qolu Atletico ilə Brügge arasında keçirilmiş A qrupunun II tur matçına təsadüf edib. Meydan sahiblərinin hücumçusu Antuan Qrizmannın 67-ci dəqiqədə vurduğu ikinci top tarixə düşüb. Görüş isə "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin startınadək qapılara 7912 qol vurulmuşdu.