UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədləri açıqlayıb.
Offsideplus.azqurumun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına “Barselona”nın hücumçusu Lionel Messi, “Liverpul”un yarımmüdafiəçisi Ceyms Miller, “Lion”nun forvardı Nabil Fekir və “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba namizəd göstərilib.
Digər siyahıda isə “Barselona”nın hücumçusu Usman Dembelenin Hollandiya PSV-sinə (4:0), “İnter”in forvardı Mauro İkardinin “Tottenhem”ə (2:1), “Real Madrid”in ön xətt oyunçusu Mariano Diasın “Roma”ya və “Bavariya”nın yarımmüdafiəçisi Renatu Sanşeşin “Benfika”ya vurduğu qollar yer alıb.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.