"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasında 850-ci qolunu vurub. 

Offsideplus.az  xəbər verir ki, bu,  Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Həzm"ə qarşı matçda baş verib. Portuqaliyalı hücumçu 5:1 hesabı ilə qalib gəldikləri görüşdə bir qol vurub və iki qolun ötürməsini verib. Beləliklə, o, karyerasında vurduğu qolların sayını 850-ə yüksəldib və bu göstəricidə özünə aid olan rekordu yeniləyib.