"Rakuv"un futbolçusu Srcan Plavşiç "Qarabağ"la oyun öncəsi zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, zədə səbəbindən ilk oyunu buraxan yeni transfer Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında iştirak edə bilər. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Baş məşqçi David Şvarqa Bakı Olimpiya Stadionunda reallaşacaq görüşdə 28 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlanmağı planlaşdırır.
Qeyd edək ki, “Qarabağ” – “Rakuv” matçı avqustun 20si saat 20:00-da başlayacaq.