UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" bu gün ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 22:15-də Polşa “Rakuv”u ilə qarşılaşıb.

Görüş Polşa təmsilçisinin 3:2 hesablı  qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

26 iyul
22:15. “Rakuv” – “Qarabağ” 3:2

Qol: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)
Baş hakim:
Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu.