"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Polşanın "Rakov" klubu futbolçusu Tobiaş Kubiki icarəyə verib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümünün sonunadək Polşanın 1-ci liqasında mübarizə aparan "Skr Çenstohova"da oynayacaq.

Tobiaş ötən mövsüm "Rakov"da əvəzedici komandanın heyətində 22 oyuna çıxıb, 3 qol vurub və 8 qolun ötürməsini verib. Mövsüm ərzində o, əsas komandanın heyətində də yer alıb. Kubik mayın 14-də Polşanın əsas çempionatında debüt edib.