"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqiblərindən olan "Rakuv" komandasının futbolçusu Fabian Pyasetski açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu Ağdam təmsilçisi barədə bu sözləri deyib:
"Azərbaycanlılar haqqında deyirlər ki, onlar Polşa təmsilçilərinə qarşı həmişə üstün olublar. Amma məncə, onlar qalib gələ biləcəyimiz komandadır. "Qarabağ" "Lex"ə qaib gəlmişdi. Amma indi biz həmin vaxtkı Poznan klubundan fərqli yerdəyik. Oxşarlıq o ola bilər ki, məşqçimiz dəyişib, lakin fəlsəfəmiz eyni qalır. David Szvarqa hamımızı tanıyır. Bizdən nə gözlədiyini bilir. Bu isə əlavə üstünlüyümüzdür. Ancaq əvvəlcə I təsnifat mərhələsindəki rəqibimiz "Flora"ya (Estoniya) diqqət yetirməliyik".
Qeyd edək ki, "Qarabağ" - “Linkoln" cütünün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) duelinin güclüsü ilə görüşəcək.