UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" "Linkoln"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Cəbəllütariq komandası "Qarabağ"a qarşı oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

Baş məşqçi Xavyer Munyos 22 futbolçuya dəvət göndərib.

Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana
Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.