Bu gündən etibarən İstanbulda baş tutacaq Çempionlar Liqası finalına biletlər satışa çıxarılıb. 

Offsideplus.az xəbər verir ki, iyunun 10-da "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək matça biletləri UEFA-nın rəsmi saytı "UEFA.com/tickets"dən əldə etmək olar. 

Biletlərin qiyməti isə 70-690 avro arasında dəyişir. 1-ci kateqoriya 690 avro, 2-ci  kateqoriya 490 avro, 3-cü  kateqoriya 180 avro, 4-cü  kateqoriya isə 70 avrodur. 

Azarkeşlər özlərinə ayrılan kateqoriyalarda ən azı 2 bilet ala bilərlər.

Qeyd edək ki, bilet satışı 28 aprelədək davam edəcək.