UEFA Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" 2:0 hesabı ilə "Çelsi"yə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Real Madrid" formasında 130-cu ÇL matçına çıxan Kərim Benzema rekorda imza atıb.

Fransız hücumçu Raulun göstəricisinə çataraq, klub tarixində Çempionlar Liqasında ən çox oyun keçirən ikinci futbolçu olub.

Kasilyas - 150 matç
Benzema, Raul - 130 matç
Serxio Ramos - 129 matç