UEFA Çempionlar Liqasının “Milan”la oyunu Ris Ceyms üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, “Çelsi”nin 3:0 hesablı qələbəsində bir qol və məhsuldar ötürmə ilə rol oynayıb.
22 yaş 301 günlüyündə meydana çıxan ingilis müdafiəçi London klubunun tarixinə ÇL matçında qol vurub assistenlik edən ən gənc oyunçu kimi düşüb.