"Qarabağ" dünən pis oyun göstərmədi. Matçda hesabı da təmsilçimiz açdı. Qarşılaşma boyu "Qarabağ"ın üstünlüyü sezilirdi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın sabiq qolkiperi, hazırda "Zirə"də qapıçılar üzrə məşqçi vəzifəsini icra edən Fərhad Vəliyev deyib.
O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində ötən gecə baş tutan "Viktoriya" - "Qarabağ" matçı (ilk oyun - 0:0, cavab qarşılaşması - 2:1) haqda danışıb.
Vəliyev Ağdam təmsilçisinin buraxdığı ilk qol epizodunda qapıçı Şahruddin Məhəmmədəliyevin irəli çıxmamalı olduğunu söyləyib:
"Qapımıza vurulan ilk qol epizodunda Şahruddin istədi ki, irəli çıxıb topu uzaqlaşdırsın. Açığı, qapı qarşısına edilən ötürmə o qədər də təhlükəli deyildi. Çünki həmin nöqtədə 3-4 futbolçu vardı. Ona görə də Şahruddin bu qədər irəli çıxmamalı idi. Lakin qapıçımız həddindən artıq irəli gəldi və topu uzaqlaşdırmaq cəhdi uğursuzluqla nəticələndi. Az sonra "Qarabağ" ikinci qolu da buraxdı. Bundan sonra isə rəqib baş məşqçi taktiki dəyişiklik edərək beşli müdafiəyə keçdi. Bununla da komandamızın qol vurmaq cəhdləri nəticə vermədi".
Həmin epizodun videosu
Daşqın Əziz