Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında oynanılacaq Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünün təyinatı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə olunub.
FIFA referisi Artur Diaş matçda əsas söz sahibi olacaq. Ona laysmanlar Ruy Tavareş və Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. Oyunun VAR hakimləri isə Tyaqu Martinş və Luiş Qodinyu olacaq.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" (Plzen) - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tərəflər arasında Bakıda baş tutan ilk görüşdə hesab açılmayıb.