"Qarabağ"ın ÇL-nin pley-off mərhələsindəki rəqibi "Viktoriya"nın futbolçusu Forçun Akpan Bessi Ağdam təmsilçisi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, "Ferentsvaroş"undan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçu III təsnifat mərhələsində "Qarabağ"a uduzduqları görüşdən söz açıb:

"Çətin matç idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 17-də, cavab oyunu isə avqustun 23-də Plzendə baş tutacaq.