Macarıstanın Budapeşt şəhərində macar fanatlar azərbaycanlılara hücum edib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında "Qarabağ"ın "Ferentsvaroş"la oyunundan sonra baş verib. Olayla bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik. Klubun sözçüsü saytımıza açıqlamasında bu barədə məlumatsız olduqlarını və məsələni araşdıracaqlarını söylədi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Ferentsvaroş"a 3:1 hesabı ilə (ümumi hesab 4:2) qalib gələrək pley-offa yüksəlib.