UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” - "Ferentsvaroş" cütünün qalibinin potensial rəqibləri olan “Şerif” (Moldova) və “Viktoriya” (Çexiya) 3-cü mərhələnin cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, oyun Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tiraspolda keçirilən görüşdə də eyni hesabla qalib gələn Plzen təmsilçisi pley-offa yüksəlib.

 "Qarabağ“ Bakıdakı görüşdə "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib. Hazırda Budapeştdə keçirilən oyunda isə Ağdam klubu 1:0 hesabı ilə öndədir.