"Qarabağ"ın prezidenti Tahir Gözəl Macarıstanın paytaxtı Budapeştə gedib.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı funksioner "Ferentsvaroş"la cavab oyununda Ağdam təmsilçisinə dəstək olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tahir Gözəl oyun öncəsi komanda üzvləri ilə görüşəcək, daha sonra qarşılaşmanı stadiondan izləyəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq "Ferentsvaroş" - "Qarabağ" matçı saat 22:00-da başlayacaq.