UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında cavab oyunu keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisi "Qarabağ"la ev oyunu öncəsi itki ilə üzləşib. Bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov matçdan əvvəl təşkil olunan mətbuat konfransında məlumat verib. Belə ki, müdafiəçi Henri Vinqo sabahkı oyunu buraxacaq. O, ilk görüşü də (1:1) buraxmalı olmuşdu.

Qeyd edək ki, "Ferentsvaroş" – "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.