Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov "Şaxtyor"a (Donetsk) keçib.
Offsideplus.az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tərəflər arasında rəsmiləşən transferin detalları açıqlanmayıb.
Qeyd edək ki, iki komanda arasında Bakıda keçirilmiş ilk oyun heç-heçə (1:1) başa çatıb. Cavab görüşü avqustun 9-u Bakı vaxtı ilə saat 22:00-da Budapeştdə start götürəcək.