UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" matçında Macarıstan təmsilçisinin yeganə qolunun müəllifi Frank Boli olub.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı forvard oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
"Sərt rəqibə qarşı çətin matç oldu. Bu, asan deyildi. "Qarabağ" bizi həqiqətən təəccübləndirdi. Biz cərimə meydançasında əlimizdən gələni edib qol vurmalı idik. Məhz belə etdik. Söhbət nəticədən getmir, biz gələn həftəki cavab oyununa hazırlaşmalıyıq. Qol epizodu vaxtı çox şeyi görmədim. Topun qapıçının arxasından geri döndüyünü gördüm, baş vurmalı oldum. Xoşbəxtlikdən yaxşı yerdə idim. Bu, bizim üçün yaxşı nəticədir. Növbəti dəfə öz stadionumuzda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizə kömək edə bilər. Biz həmin oyuna köklənməliyik, kompakt oynamalıyıq. Rəqabətdə, təzyiqdə daha güclü olmalıyıq. O zaman uğur qazana bilərik".