Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" klubu oyundan əvvəl iştirak ərizəsində dəyişiklik edib.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisi Ksavye Mersye və Forçun Bessinin adını iştirak ərizəsindən çıxarıb. Onların əvəzinə isə zədəsini sağaltmış Rayan Mmae və Markinyos əlavə edilib.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlayacaq.