UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) görüşünə biletlər tükənir.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Offsideplus.az-a verdiyi məlumata görə, artıq qarşılaşma üçün 28, 000 bilet satılıb.

Xatırladaq ki, avqustun 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq sözügedən matç saat 20:00-da başalayacaq. Bu komandalar arasında cavab görüşü isə avqutun 9-u Macarıstanda olacaq.