“Sürix”in baş məşqçisi Franko Fodanın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, alman çalışdırıcı 2:2 hesabıyla yekunlaşan oyun haqda bunları söyləyib:
“Doğma azarkeşlərimiz önündə geri dönüş etməyi bacardıq. Hətta hesab 2:1 olduqdan sonra əlavə vaxtda da üstün olan tərəf biz idik. Amma hücuma çıxarkən yol verdiyimiz top itkiləri əks-hücumdan qol buraxmağımıza səbəb oldu. Bu, qəbuledilməz səhvdir.
Futbolçularıma deyirdim ki, meydanın özümüzə aid hissəsində top itkisinə yol verməməliyik, çünki, bu rəqibin sürətli-əks hücum etməyinə gətirib çıxarır. Belə vəziyyətlərdə diqqətli olmalıydıq. Bu baxımdan özümüzü idarə edə bilmədik və pis müdafiə olunduq. Hər oyunda xırda detallar uğur qazanmağımıza mane olur. Bu dəfə də belə oldu. Bu qədər rahat qapında top görməməlisən. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.
Qeyd edək ki, “Qarabağ” iki görüşün nəticəsinə görə “Sürix”i mübarizədən kənarlaşdırıb – 3:2, 2:2.