UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” (3:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında İsveçrə klubunun baş məşqçisi Franko Foda jurnalistlərin suallarını cavablandırdı.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- İlk hissədə üstünlük rəqibdə idi. “Qarabağ” təzyiq edirdi. 2 qol ədalətli nəticə idi. Amma fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qoldan sonra dərhal qapımızda top gördük. Ardınca yenə şanslarımız oldu. İlk hissəni “Qarabağ”ın, ikinci yarını öz hesabımıza yazardım.
Konfransın videosunu təqdim edirik: