Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün UEFA Çempionlar Liqasında yeni mövsümün ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi II təsnifat mərhələsində öz meydanında Şimali Makedoniyanın "Şkupi" komandasını qəbul edəcək. "Maksimir" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə iyulun 26-sı Şimali Makedoniyada baş tutacaq.

Cütün üstün olan tərəfi ÇL-in III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində adıçəkilən komandaların zəifi ilə qarşılaşacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk matç

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)

 Hakimlər: Radu Petresku, Radu Cinquleas, Mirça Mixail Qriqoriu, Andrey Antoni (Rumıniya)

"Maksimir" stadionu.