"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Polşa "Lex"inə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra işlətdiyi ifadələrlə diqqətləri çəkib.
O, üzünü konfrans zalındakı həmyerlimiz - mühacir jurnalist Xəyal Əzizbəyliyə tutaraq "Hər biriniz mənim üçün əzizsiniz. Və bunu bilin ki, sizlər nə qədər mənim üzərimə gəlsəniz belə, bir azərbaycanlı kimi mən birinizi də çox xariciyə dəyişmərəm",- deyib.
Həmin anların videosunu təqdim edirik: