UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu ada "Liverpul"un yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb.
İspaniyalı futbolçu "Vilyarreal" 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10,93 km məsafə qət edib.