"Real"ın çalışdırıcısı Karlo Ançelottinin testi yenidən müsbət çıxıb.

 Offsideplus.az xəbər verir ki, 62 yaşlı mütəxəssis buna görə də Çempionlar Liqasasında sabahkı "Çelsi" ilə oyun üçün komandayla birlikdə İngiltərəyə getməyəcək. İtaliyalı baş məşqçidən növbəti dəfə analiz götürüləcək. Bu barədə "Marca" məlumat yayıb.

Qeyd edək ki, "Çelsi" - "Real" oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.