PSJ klubunun futbolçuları Serxio Ramos və Ander Herrera Çempionlar Liqasının 1/8 finalının Real”la cavab oyununu buraxacaqlar.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu zədə səbəbindən sözügedən görüşdə forma geyinə bilməyəcək.

Xatırladaq ki, “Real” - PSJ matçı sabah keçiriləcək və saat 00:00-da başlayacaq. Fransada keçirilən ilk oyunda PSJ 1:0 hesabıyla qalib gəlib.