"Yuventus"un yeni transferi Duşan Vlahoviç Çempionlar Liqasında da fərqlənməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu debüt oyununda ən erkən qol vuran futbolçu olub.
O, "Vilyarreal"la (1:1) oyunun 32-ci saniyəsində fərqlənib.
Qeyd edək ki, Vlahoviç qış fasiləsində "Fiorentina"dan "qoca sinyora"ya keçib.