"Beşiktaş" UEFA Çempionlar Liqasında Dortmund "Borussiya"sına qarşı keçirəcəyi matça önəmli itkilərlə çıxacaq.

 Offsideplus.az klubun mətbuat xidmətinə istinadən  xəbər verir ki, xəstə olan Miralem Pyaniç və zədəlilər Mert Günok, Kevin Nkudu, Göhkan Törə və hücumçu Aleks Teyşera bu qarşılaşmada "qara qartallar"a kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Borussiya" - "Beşiktaş" oyunu dekabrın 7-si Bakı vaxtı ilə 00:00-da start götürəcək.