Münhen "Bavariya"sının ulduz futbolçusu Tomas Müller maraqlı paylaşımıyla diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu Çempionlar Liqasının G qrupunda keçirilən "Lokomotiv" (Moskva) - "Qalatasaray" matçından (0:1) əvvəl tabloda "cim-bom"un futbolçularının əvəzinə "Bavariya"nın heyətinin nümayiş etdirilməsinə təbəsümünü ifadə edib.

O, "tvitter" hesabından etdiyi paylaşımda gülüş emojisi ataraq, "Ancaq Çempionlar Liqası" sözlərini yazıb.