Avropa çempionu Canluici Donnarumma Çempionlar Liqasında debüt matçına çıxıb. 

Offsideplus.az xəbər verir ki, 22 yaşlı qolkiper Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində keçirilən "PSJ" - "Mançester Siti" matçının start heyətində yer alıb. Daha əvvəl "Milan"ın şərəfini qoruyan italiyalı qapıçı Avropa Liqasında çıxış edib.