"Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Liverpul"la keçiriləcək səfər oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı futbolçu topuğundan zədə alıb.

Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.