Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutub.

Gecənin ən maraqlı qarşılaşması E qrupunda olub. "Barselona" öz meydanında Münhen "Bavariya"sına 0:3 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0 

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştiano Ronaldo 13

Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2 

Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0 

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0 

Qol: Romelu Lukaku, 69

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.