"Neftçi"nin sabah UEFA Çempionlar Liqasının ll təsnifat mərhələsi çərçivəsində səfərdə Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi oyunun şərhçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq matçda Rüstəm Əfsərli mikrofon arxasına keçəcək.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha bir məlumatı diqqətinizə çatdıraq ki, sabah "Sumqayıt" klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Çukariçki"(Serbiya) ilə qarşılaşacaq. Sözügedən matçla "Neftçi"nin oyununun vaxtı "toqquşacağından" (Bakı vaxtı ilə 22:00-da başlayacaq) bu qarşılaşma "İctimai TV"də canlı yayımlanacaq. Görüşün şərhçisi isə Ramiz Mirzəzadə olacaq.