"Neftçi" klubunun kapitanı Emin Mahmudov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Gürcüstanın Tbilisi "Dinamo"suna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilk olaraq bunları deyib:
- Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəyə nail olaq.
Mahmudov penalti zərbələri üzərində daim çalışdığını bildirib: "Penaltilər üzərində hər zaman çalışıram. Məncə, pis alınmır. Kim istəyirsə vurur"
29 yaşlı futbolçu rəqibin onlardan hansı komponentlərdə üstün olduğu sualına belə cavab verib: "Bunu deyə bilmərəm. Çünki baş məşqçimiz bunları bizə deyəcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq".
Emin səfər qolunun ləğv olunmması barədə də danışıb: "Açığı, bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq".