Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Dinamo"nu (Tbilisi) qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, klubun televiziya kanalında sabah baş tutacaq oyuna bilet satışlarının görüntüləri yayımlanıb.

Qeyd edək ki, "Neftçi" - "Dinamo" matçı sabah saat 21:00-da start götürəcək.