“Neftçi” klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, iyulun 14-də “Bakcell Arena”da oynanılacaq görüş saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.