"Mançester Siti"nin futbolçusu Fil Fodenin "tvitter" hesabında icazəsi olmadan paylaşım edilib.

Offsideplus.az xəbər verir ki, "Borussiya"ya 2:1 (ümumi 4:2) hesabı ilə qalib gəldikləri oyundan sonra 20 yaşlı yarımmüdafiəçinin sosial şəbəkə hesabında PSJ-li Kilian Mbappeyə mesaj göndərilib: "Hazırsan, Mbappe?".

Onun adından belə bir paylaşım edilməsindən əsəbiləşən Foden yazının dərhal silinməsini tələb edib. 

Qeyd edək ki, "Mançester Siti" yarımfinalda PSJ ilə üzləşəcək. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

41772044 9472663 Phil Foden was furious with the tweet sent without his approval a 27 1618445578797